Ermənistan Antikorrupsiya Komitəsi bloqer Mika Badalyan barəsində cinayət təqibi başladıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məhkəmə komitənin vəsatətini təmin edərək Badalyan barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd olunur ki, iyunun 3-də komitə onun barəsində seçkiöncəsi rüşvətvermə ilə bağlı cinayət işinin açıldığını bildirmişdi. İttihamlara əsasən, Rusiyada yaşayan bloqer Ermənistan vətəndaşlarına seçkidə iştirak qarşılığında müxtəlif üstünlüklər təklif edib.
Hadisə Ermənistanda parlament seçkisi ilə bağlı araşdırmalar çərçivəsində davam edir.