Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda canilər partiyası təsis edildi
Ermənistanda rəsmi olaraq “Sasna Serer” partiyası təsis edilib.
Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir ki, təsis qurultayında iştirakçılar partiyanın yaradılmasına yekdilliklə səs veriblər.
Qurultayda həmçinin partiyanın vahid lideri olamayacağına dair qərar qəbul edilib. Qurum 7 nəfərdən ibarət katibliklə idarə olunacaq.
Katibliyin əlaqələndiricisi vəzifəsinə Varujan Avetisyan seçilib.
Qeyd edək ki, “Sasna Serer” Ermənistanda Nikola Paşinyanın hakimiyyətə gəlməsindən sonra həbsxanalardan azadlığa çıxan radikal silahlı qruplaşmanın üzvlərindən ibarətdir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər