Ermənistanın İstintaq Komitəsi terrorizmdə şübhəli bilinən yeddi vətəndaşın saxlanıldığını açıqlayıb.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən məlumat yayıb.
Saxlanılanların hamısının müxalif Daşnaksütyun Partiyasının üzvləri olduğu bildirilir.
Ermənistanın hüquq-mühafizə orqanları Daşnaksütyun partiyasının gənclər təşkilatının nümayəndələrinin mənzillərində axtarış aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a müxalif "Ermənistan" fraksiyasının üzvü Artur Xaçatryan məlumat verib.
O qeyd edib ki, axtarışdan sonra Daşnaksütyun partiyasının gənclər təşkilatının bəzi üzvləri Ermənistan İstintaq Komitəsinin İrəvanda yerləşən idarəsində aparılıblar.
Ermənistan İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları parlamentin müxalif "Ermənistan" fraksiyasından olan Daşnaksütyun Partiyasının üzvü Qeqam Manukyanın mənzilində axtarışlar aparıb.
Oxu.Az bu barədə "Sputnik" Ermənistana istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Geqam Manukyanın evində axtarışlar aparıb, daha sonra onun oğlu Taron Manukyanı saxlayıblar.
Qeyd edək ki, Q.Manukyan ötən gün məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
