Lənkəran Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Nəhmətov 15 il azadlıqdan məhrum edilib.
Hadisə bu il fevralın 6-sı saat bir radələrində, rayonun Şilavar kəndində baş verib.
Kənd sakini Ehtibar İbrahim oğlu Nəhmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla arvadı - 1978-ci il təvəllüdlü Təranə Qurbanəli qızı Nəhmətovaya çoxsaylı xəsarətlər yetirərək onu öldürməyə cəhd edib.
Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ehtibar Nəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Samir Əli