Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobildə olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12