Ağ Evin kibertəhlükəsizlik məsələləri üzrə direktoru Şon Kernkross vəzifəsindən gedib.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Kernkross daha iki il bu vəzifədə qalmaq istəməyib və yanvar ayında demokratlar hakimiyyəti ələ almazdan əvvəl Ağ Evə Senatın dəstəyini qazanmaq üçün vaxt vermək məqsədilə indi istefa verib.
Nəşr Kernkrossun gedişini dostluq şəraitində atılmış addım kimi qiymətləndirib.
Kernkrossun yerinə Kirsten Devis kibertəhlükəsizlik üzrə direktor təyin edilib.

Prezident Administrasiyasının rəsmisi portala bildirib: "Kirsten bu vəzifədə uğur qazanmaq üçün lazımi təcrübəyə malikdir və o, artıq Senat tərəfindən təsdiqlənib". Məlumata görə, Devis əvvəllər Pentaqon rəhbəri Pit Heqsetin məsləhətçisi olub.