Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanda Paşinyanın BMT-dəki çıxışı tənqid olundu
Ermənistanın Respublika Partiyasının sədr müavini, Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan öz “Facebook” hesabında baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının iclasında çıxışını şərh edib.
Oxu.Az xəbər verir ki, Aşotyanın fikrincə, Paşinyan BMT tribunasından Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsi və milli məsələlər üçün deyil, Ermənistandakı mövqeyini diqqətə çatdırmaq üçün istifadə etdi.
“Parlamentə növbədənkənar seçkilərə diqqətin cəmlənməsi daxili stabilliyin, Ermənistandakı təhlükəsizliyin altına bomba qoyacaq. Son olaraq, küçələri bağlamaq olar, ancaq ağızları yox”, - Aşotyan yazıb.
Ə.Ş.
www.oxu.az
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
- Rəsmi Bakının antikolonial çıxışları: Makronun əsassız iddiası
- Direktor: "Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin əks-sədasından narahatdır"
Rəylər