Hazırda zərurət yarandıqda Qarabağ münaqişəsi zonasına sülhməramlıları yeritmək təklifi var.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim Respublika partiyasının (RPA) parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib.
O, münaqişə zonasına konkret olaraq hansı sülhməramlıların yeridilə biləcəyini dəqiqləşdirməyib.