Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası "Güclü Ermənistan" Partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyana qarşı yeni iş açıb.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə sözügedən komissiya məlumat yayıb.
Məlumata görə, siyasi təşkilat rəhbəri aktivlər və gəlirlər haqqında bəyannaməni təqdim etməyib.
Qeyd edək ki, Karapetyan 2025-ci ilin iyununda hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki ay müddətinə həbs edilib. Daha sonra onun həbs müddəti bir neçə dəfə uzadılıb.
Qaynar xətt:
(055) 224 12 12