Ermənistanın Gümrü şəhərinin meri Xaçatur Andreasyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.
Açıqlamada bildirilir ki, rüşvət alıb-vermə faktları ilə bağlı komitə tərəfindən irəli sürülən cinayət icraatı çərçivəsində 8 nəfər tutulub. Saxlanılan şəxslər sırasında Meğri icmasının başçısı və Ətraf Mühitin Mühafizəsi Patrul Xidmətinin Sünik vilayəti bölməsinin rəhbəri də yer alır.
Xatırladaq ki, Xaçatur Andreasyan 2024-cü ilin may ayından etibarən şəhər rəhbəri vəzifəsini icra edir.