Abşeron rayonu ərazisində yerləşən qəbiristanlıqların birində soyğunçuluq hadisəsi qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, zərərçəkmiş polisə müraciət edərək yaxın qohumunun məzarını ziyarət edən zaman naməlum şəxsin onun içərisində pul vəsaiti olan çantasını talayaraq hadisə yerindən uzaqlaşdığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12