Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransında vurğulayıb ki, İrəvan Rusiya ilə münasibətləri bərpa etməli və İranla strateji tərəfdaşlıq qurmalıdır.
Bu barədə "Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinə İran da əlavə olunmalı və bu əlaqələr üçtərəfli formata çevrilməlidir.
R.Koçaryan, habelə İrəvan-Moskva münasibətlərindəki gərginliyə görə Ermənistanın baş naziri Nikol Paşinyanın məsuliyyət daşıdığını bildirib.