Ermənistanın sabiq prezidenti Serj Sarqsyan barəsində olduğu yeri tərk etməmək qərarı verilib.
Oxu.Az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Məlumata görə, keçmiş prezident Robert Koçaryan və onun oğlu Sedrak Koçaryannın iştirak etdiyi cinayət işi çərçivəsində sonuncudan başqa, daha üç nəfər həbs edilib, dördüncüsü ev dustaqlığına köçürülüb.
Aramais Vorskanyan ev dustaqlığına göndərilib, onun həyat yoldaşı və iki qızı isə nəzarət altında saxlanılıb. Voskanyan 1999-2009-cu illərdə hökumət bağ evlərinin gözətçisi olub.
Xatırladaq ki, Ermənistanda iki keçmiş dövlət başçısı - Robert Koçaryan və Serj Sarqsyan dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı açılmış cinayət işinə cəlb olunublar.