Cənubi Koreyada hərbi qulluqçu 5 əsgər yoldaşını qətlə yetirərək hadisə yerini naməlum istiqamətdə tərk edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, insident Şimali Koreya həmsərhəd Kanvondo əyalətində baş verib.
Məlumata görə, hadisə nəticəsində daha 7 əsgər yaralanıb.