“Pantanal” stadionunda “F” qrupunun ikinci turunda Nigeriya Bosniya və Hersoqovina ilə qarşılarşdı.
Oxu.Az xəbər verir ki, hakimlərin kobud səhvləri oyunun nəticəsinə birbaşa təsir etdi.
Əvvəlcə 20-ci dəqiqədə Edin Dzekonun təmiz qolunu referi qeydə almadı. Yan hakim artıq bayrağını qaldırmışdır. Lakin təkrarda görünür ki, Dzekonun oyundan kənar vəziyyətdə olmasından heç söhbət belə gedə bilməzdi.
29-cu dəqiqədə isə əksinə nigeriyalıların qayda pozuntusu ilə vurduğu qolu referi qeydə alır.
Hakim Emmanuel Emenikenin sağ cinahdan məhsuldar ötürmə edərkən, bosniyalı müdafiəçiyə qarşı açıq aşkar kobud oynamsını görmür.
Və Emenikinin ötürməsindən sonra Piter Odemvinqe topu bosniyalıların qapısından keçirir. Bu qol oyunda həmçinin yeganə qol olur.
Qələbədən sonra afrikalılar “F” qrupunda 4 xal toplayaraq ikinci yerdə möhkəmlənirlər.
Balkan təmsilçiləri isə oyunun nəticəsinə görə hakimi günahlandıra bilərlər. İndi onların qrupdan çıxmaq üçün heç bir şansları yoxdur.