“Kastelao” stadionunda “G” qrupunun ikinci turunda Almaniya Qana ilə qarşılaşdı.
Oxu.Az xəbər verir ki, maraqlı və qarşılıqlı hücumlar şəraitində keçən ilk 45 dəqiqədə hesab açılmadı.
Oyunda ilk qolu isə almanlar vurdular. Mario Qötze 51-ci dəqiqədə komandasını hesabda irəli çıxardı.
Ruhdan düşməyən afrikalılar buraxılan qoldan sonra üç dəqiqə sonra bərabərliyi bərpa etdilər. Andre Ayyu 54-cü dəqiqədə fərqləndi. 61-də isə Asamoa Qyan qanalıları hesabda irəli çıxardı.
Almaniyanı məğlubiyyətdən 71-ci dəqiqədə Miroslav Kloze xilas etdi. Meydançaya Qötzenin əvəzinə daxil olduqdan 2 dəqiqə sonra o oyunun sin nəticəsini müəyyən etdi.
Almaniya 2:2 Qana. Nəticə oyuna uyğundur, hər iki komanda hücumda yaxşı, müdafiədə isə zəif oynadı.
Kloze isə bu qol ilə adını futbol tarixinə yazdırdı. O dünya çempionatlarında vurduğu qollarının sayını Ronaldo ilə bərabərləşdirdi.