Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Eurovision-2019”un loqotipi təqdim olundu - VİDEO
İsrailin KAN teleyayım şirkəti və Avropa Yayım İttifaqı “Eurovision 2019” mahnı müsabiqəsinin loqotipini təqdim edib. Müsabiqə mayın ortalarında Təl-Əviv şəhərində keçiriləcək.
Oxu.Az xəbər verir ki, rəsmi loqotip müsabiqənin “Instagram” səhifəsində paylaşılıb.
Loqotip ulduz formasını ərsəyə gətirən üç üçbucaqdan ibarətdir.
“Üçbucaq dünyanın ən qədim fiqurlarındandır – ona incəsənət, musiqi, kosmologiya və təbiətdə rast gəlinir və incəsənətlə bir növ əlaqə yaradır. Vəhdət halına gələn üçbucaqlar saysız-hesabsız ulduzları olan səmanı əks etdirən, “Eurovision-2019”da iştirak etmək üçün Təl-Əvivə toplanacaq gələcək estrada ulduzlarını simvolizə edən yeni məfhuma çevrilib”, - deyə KAN nümayəndəsi loqotipin təfsirini verib.
Qeyd edək ki, musiqi müsabiqəsinin yarımfinalı 14-16 may tarixlərində keçiriləcək. Final mayın 18-nə planlaşdırılıb.
"İsrail" teqi üzrə xəbərlər
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi
- İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: "Müharibənin tərəfini tutdu"
- Livan və "Hizbullah" ABŞ-nin təklifi ilə razılaşdılar
- Husilər Təl-Əviv və Aşkelona zərbə endiriblər
Rəylər