Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Evdə tək" filmlərindəki "Makkalister" ailəsinin evi satıldı
ABŞ-nin məşhur "Evdə tək" filmlərindəki "Makkalister" ailəsinin evi 5,5 milyon dollara satılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TMZ nəşri məlumat verib.
Məlumata görə, malikanə 2024-cü ilin mayında satışa çıxarılmışdı.
Qeyd edilir ki, ikimərtəbəli evin yalnız fasadı filmə daxil edilib, çünki içərisi çəkiliş qrupu üçün olduqca dar olub. Bununla belə, satılan evdə beş yataq otağı, altı vanna otağı, şəxsi kinoteatr və qapalı idman meydançası var.
"İstənilən potensial oğrulardan gizlənmək üçün mükəmməl yerdir", - deyə elanda bildirilirdi.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- "The Wall Street Journal": Avropa ABŞ-nin dəstəyi olmadan Rusiyaya qarşı tab gətirə bilməz
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- KİV: "Zelenski prezidentliyinin son mərhələsindədir"
- Vu Honqbo: "Təhlükəsizlik Şurasının beş daimi üzvü qətnamələrə ikili standartlarla yanaşır"
- Mövlud Çavuşoğlu: "Yeni güclər ortaya çıxmaqdadır və çalışırlar ki, qlobal düzəni dəyişsinlər"
Ən çox oxunanlar