Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“F-35” qırıcıları Türkiyəyə qadağan olundu
ABŞ senatı iyunun 18-də ölkənin müdafiə büdcəsi ilə bağlı qanun layihəsini qəbul edib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəddə Türkiyənin beşinci nəsil “F-35” qırıcılarının istehsalı proqramında iştirakının dayandırılması nəzərdə tutulur.
Qərara əsasən bu qırıcıların istehsalı üzrə hüquqların Türkiyəyə ötürülməsi qadağan edilib.
Qadağaya əsas zəmin rəsmi Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq və Rusiya ilə əlaqələri genişləndirmək planı olub.
Amerikalı senatorların fikrinə görə, Ankaranın bu siyasəti NATO-nun təhlükəsizliyini təhdid altına alır .
F.M.
www.oxu.az
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər