İtaliyada fahişələr hakimiyyət qarşısında etiraz aksiyaları keçirərək öz fəaliyyətlərinin leqallaşmasını istəyirlər.
Oxu.Az ANS PRESS-ə istinadə xəbər verir ki, fahişələrin əsas istəyi gəlirlərindən vergi ödəyərək pensiya hüququ qazanmaqdır. Hakimiyyət təmsilçiləri dəfələrlə fahişələrin gəlirlərindən vergi tutmaq niyyətlərini bəyan etsələr də vəziyyət dəyişməz olaraq qalır.
Fahişələrə onların fəaliyyətinin hər hansı bir vergi növünə uyğun gəlmədiyini bildirirlər. Əvəzində fahişələri cərimələyirlər. Fahişələr isə onları daimi iş yeri olan işçi saymağı tələb edirlər.
Fahişələr bəzən etirazlarını bildirmək üçün açıq nümayiş yolunu tuturlar. Məsələn, pensiya və vergi ödəyicisi hüququnun tanınması üçün qəzetdə pullu məqalə dərc etdirən yerli fahişələrdən biri yazının effektini artırmaq üçün redaksiyanın qarşısında soyunub.
Lakin İtaliya hakimiyyətinin fahişələrin iş hüququ tanıyacağına inananlar azdır. Onların fikrincə, hökumət fahişələrin hamısının müəyyən cinayət şəbəkəsinə bağlı olmasından ehtiyat edir.