Fars körfəzinin cənubunda mina partlayışı nəticəsində iki milyon bareldən çox neft daşıyan supertanker batıb.
Oxu.Az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumata görə, hadisə gəminin Hörmüz boğazından icazə verilməyən cənub marşrutu ilə gizli şəkildə keçməyə cəhd göstərdiyi zaman baş verib.
Partlayış və güclü yanğın nəticəsində tanker batıb. Eyni marşrutla hərəkət edən daha bir gəmidə də yanğın baş verdiyi bildirilir.
İran tərəfi bölgədəki balıqçıları təhlükəsizlik tədbirlərinə riayət etməyə, gəmi sahiblərini və şirkətləri isə Hörmüz boğazının qadağan olunmuş zonasına yaxınlaşmamağa çağırıb.