Ankara Prokurorluğunda Fətullah Gülən barəsində istintaq başlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Gülən barəsində Terrorla Mübarizə Qanununun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başladığı bildirilir.
Verilən məlumata görə, Gülən və “paralel yapı” adlanan qruplaşmanın üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib.
Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.
Baş nazir Ərdoğan bir jurnalistin Fətullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı? sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli, hüquqi müddət başlayacaq.
Xatırladaq ki, Türkiyə baş naziri ABŞ-ın Fətullah Güləni deportasiya etməli olduğunu bildirib və qeyd edib ki, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib.