Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fici məhkəməsi Kərimovun yaxtasını həbsdən buraxdı
Fici Apellyasiya Məhkəməsi rusiyalı senator və oliqarx Süleyman Kərimova məxsus olduğu iddia edilən “Amadea” yaxtasının həbsini ləğv edib və ona respublikanın ərazi sularını tərk etməyə icazə verib. Bu barədə yerli FBC telekanalı məhkəmə qərarına istinadən xəbər verib.
Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi bu il aprelin 14-də Lautoka limanına çatdıqdan sonra həbs edilən gəmiyə ölkənin ərazi sularını tərk etməyə icazə verib və bu addımını “istənilən cinayət əməlləri ABŞ səlahiyyətliləri tərəfindən nəzərdən keçirilməlidir” şəklində əsaslandırıb.
Elə bu iclas zamanı Fici Baş Prokurorunun nümayəndələri məhkəmədən yaxtanın saxlanması və onun Amerika hakimiyyətinin nümayəndələrinə təhvil verilməsi ilə bağlı daha əvvəl çıxarılan Ali Məhkəmənin qərarının tanınmasını xahiş ediblər. Lakin bu məsələyə daha sonra respublikanın apellyasiya məhkəməsində baxılacağı bildirilib.
Sənədlərə əsasən, “Millemarin İnvestment” şirkətinə məxsus olan “Amadea”nın tezliklə Ficinin ərazi sularını tərk edə bilməsi və müsadirədən yayına bilməsi ilə bağlı məsələyə hələ ki tam aydınlıq gətirilməyib. Gəmi sahibinin vəkili Feysal Hanif deyib ki, “qanunsuz olaraq gəmidə” olan ABŞ hakimiyyəti nümayəndələri buna maneə ola bilərlər.
Mənbə: TASS
Rəylər