Filippin atası - Kirkoryan familiyalı xalis erməni, Bolqarıstandan və opera ifaçısı olan anası isə yəhudidir. 1915-ci ildə Türkiyədən ermənilərin bir qismi gəmi ilə Yunanıstana, bir qismi isə Bolqarıstana aparılıb.
Kirkoryan ailəsi belə ailələrdən biridir. Bolqarların arasında Filippin qohumları yoxdur. Aktyorlar arasında hətta belə bir zarafat da var:
“Ata və ananın yeganə övladı, qeyri-adi oğlandır. Bir baxın: ata erməni, ana yəhudi, oğul isə bolqardır”.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın “Ekspress qazeta”sına “Rusiya erməniləri ittifaqı”nın vitse-prezidenti German Ananyans danışıb.
Onun sözlərinə görə, o hətta Kirkorovdan onun kökləri barədə soruşub:
“Mən Filippə sual verdim: “Niyə öz əsil-nəcabətini gizlədirsən? Məgər ermənilər arasında istedadlı adam azdır: Aznavur, Şer, Leqran, Ciqarxanyan, Ayvazovski...”.
Buna cavab olaraq Filipp cavab verdi: “Mən indi erməni olduğumu deyə bilmərəm. Çünki uzun illər bolqar olduğumu demişəm. İnsanlar nə deyər?”.
Mən anlamadım. Larisa Dolina və ya Klara Novikova öz milliyyətləri haqqında elan vermirlər. Əsas odur ki, ermənilərə yardım etsin, eybi yox qoy desin ki, bolqardır”, - “Ekspress qazeta” Ananyansın sözlərindən sitat gətirib.