Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Filippində anomal istilərə görə dərslər dayandırılıb
Filippində anomal istilər ölkənin bəzi şəhərlərində məktəblərin müvəqqəti bağlanmasına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.
Qeyd olunur ki, havanın temperaturunun yüksəlməsi təhsil müəssisələrində, xüsusən də paytaxt Manilada ehtiyat tədbirlərinin artırılmasına səbəb olub.
Manila şəhərinin meri Hani Lakuna sosial media hesabında aidiyyəti qurumların tövsiyələrinə uyğun olaraq paytaxtda məktəb prosesinin dayandırıldığını bildirib.
Hani Lakuna qeyd edib ki, Manilada temperatur səhər saatlarında 36 ilə 38 dərəcə arasında dəyişəcək, günorta saatlarında isə 42 dərəcəyə çata bilər.