Filippində kilsədə baş vermiş iki partlayış nəticəsində yaralananların sayı artıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Rappler” portalının yaydığı məlumatda deyilir.
Bildirilir ki, partlayışlar zamanı xəsarət alanların sayı 111 nəfərə çatıb.
Ölən şəxslər kilsənin ziyarətçiləridir. Partlayıcı qurğulardan biri kilsənin girişində, digəri isə içərisində işə salınıb.
12.21
Filippində katolik kilsəsi yaxınlığında baş verən partlayış nəticəsində azı 27 nəfər ölüb, onlardan 20-si dinc sakin, yeddisi hərbçidir. Daha 77 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli polisə istinadən “Rappler” portalı məlumat yayıb.
Polis ərazidə təhlükəsizliyi təmin edir. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.