Filippində C-130 “Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin sayı 50-yə çatıb.
Bu barədə “Associated Press” hərbi rəsmilərə istinadən xəbər verib.
Təyyarə Sulu əyalətində Holo adasına enərkən qəzaya uğrayıb. İlkin məlumata görə, eniş zamanı təyyarə uçuş zolağından kənara çıxıb.
Ümumilikdə göyərtədə 96 nəfər, o cümlədən üç pilot və beş heyət üzvü olub. Bundan əvvəl 45 nəfərin öldüyü və beş nəfərin itkin düşdüyü xəbər verilmişdi.
Bildirilir ki, bu hadisə Filippin Hava Qüvvələri tarixində ən böyük fəlakətdi.
WATCH: This is the wreckage of the Philippine Air Force C-130 plane that crashed in Sulu on Sunday, July 4. The death toll as of the latest update is at 31, including 2 civilians. Sourced video
— Rappler (@rapplerdotcom) July 4, 2021
Read: https://t.co/0zJtCvj6mz pic.twitter.com/h9cJ4vqLt2