Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Filippini tayfun vurdu: Meteoroloqlardan xəbərdarlıq
"Toradji" tayfunu 11 noyabr səhər saatlarında Filippinin şimal-şərq sahillərinə çatıb və Filippin arxipelaqının ən böyük adası olan Lusonda Aurora əyalətini vurub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə AP Agentliyi məlumat verib.
Məlumata görə, həmin vaxt tayfun zonasında küləyin maksimal sürəti 36 m/s olub, bəzi anlarda isə 50 m/s-ə çatıb.
Meteoroloqlar güclü külək və leysan barədə xəbərdarlıq edirlər. Şimal sahillərində tufan dalğalarının hündürlüyü üç metrə çata bilər.
Xatırladaq ki, ötən gün hakimiyyət qurumları tayfundan zərər çəkə biləcək 2500 kəndin sakinlərini məcburi şəkildə təxliyə ediblər. Bundan əlavə, məktəblər və ofislər bağlanıb, bərə reysləri, eləcə də risk altında olan əyalətlərdə daxili reyslər ləğv edilib.
Tayfunun Lusonun şimal-qərbinə doğru hərəkət edəcəyi, sonra zəifləyəcəyi və Cənubi Çin dənizi üzərində hərəkətini davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, "Toradji" son bir ayda Filippini vuran dördüncü tayfun olub.
"Filippin" teqi üzrə xəbərlər
- Filippində onminlərlə insan təxliyə edildi
- Filippində güclü yanğın: Minə yaxın ev külə döndü
- Filippində ölümcül təhlükə: Turistlər tətildən imtina edərək biletləri qaytarırlar
- Filippində xoruz formasında tikilən hotel Ginnesin Rekordlar Kitabına düşdü
- Keçmiş "Disney" işçisi ilə bağlı qalmaqal: Uşaq təcavüzünü sifariş edərək canlı izləyib
Rəylər