Kanadanın Toronto şəhərində keçirilən “Piroq” filminin premyerasına aktrisa Cennifer Eniston alt paltarsız gəlib.
Oxu.Az publika.az-a istinadla xəbər verir ki, Hollivud aktrisası Cennifer Enistonun geyindiyi yarışəffaf trikotaj geyimi aktrisanın çılpaq bədənini büruzə verib.
Aktrisanın qara köynəyi kameraların işığı altında onun iri sinəsini daha da qabarıq göstərib.
Tədbirdə Enistonu əri Castin Teru müşayiət edib. Cütlük fotoqraflar qarşısında poza verməkdən də çəkinməyib. Onun barmağında 8 karatlıq nişan üzüyü olub. Mütəxəssislərin fikrincə, üzüyün qiyməti yarım milyon dollardır.