Finlandiyada yanvar ayında 1997-ci ildən bəri rekord sayda şirkət müflis olub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi rəsmi məlumat yayıb.
"Finlandiya Statistika İdarəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvarında 385 iflas işi başlanıb. Sonuncu dəfə bir ayda bu qədər iflas 1997-ci ilin oktyabrında qeydə alınmışdı", - deyə qurumun saytındakı məlumatda bildirilib.
Qeyd olunur ki, ötən ilin yanvarında da iflas işlərinin sayı rekord göstəriciyə yaxın olub və 381 müraciət təşkil edib.