Avstraliyanın Kvinslend ştatının Er şəhərində xilasedicilər və yanğınsöndürənlər Debbi fırtınasının avtomobil yoluna atdığı köpəkbalığını tapıblar.
Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat “Brisbane Times”da yer alıb. Məlumata görə, ələ keçirilən zaman təhlükəli yırtıcı ölü olub.
Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi əhalini ehtiyatlı olmağa çağırıb.
İ.N