ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar təşkil edir ki, bu da 2024-cü il seçkisindən əvvəlki göstəricidən 2.7 milyard dollar çoxdur.
Oxu.Az "Forbes" jurnalına istinadən xəbər verir ki, nəşrin sentyabr ayında yenilənmiş son hesablamalarına görə, Trampın sərvəti 7 milyard dollardır.
Məlumata görə, ABŞ lideri xarici şirkətlərlə sövdələşmələr və kriptovalyuta hesabına əhəmiyyətli məbləğlər qazanıb. Jurnalın qeyd etdiyi kimi, ABŞ tarixində heç kim siyasətdən bu qədər çox pul qazanmayıb.
Daha əvvəl CNBC telekanalı məlumat vermişdi ki, Trampın "Chevron", "ConocoPhillips", "Exxon Mobil", "Kinder Morgan", "Marathon Petroleum", "Occidental Petroleum", "Phillips 66", "Valero Energy" və "Williams Companies" neft-qaz şirkətlərinə yatırdığı investisiyaların dəyəri İrana qarşı hərbi əməliyyatın başlanmasından etibarən milyonlarla dollar artıb.