“Fox News” telekanalının aparıcısı Eynsli Erxardt efirdə bəyan edib ki, ABŞ “kommunist Yaponiyası” üzərində qələbə qazanıb.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, Nyu-York ştatının qubernatoru Endryu Kuomonun Amerikanın “heç vaxt elə də qüdrətli” olmadığı haqqında fikirlərinə etiraz bildirən aparıcı, “biz kommunist Yaponiyasına və radikal islamçılara qalib gəlmişik” söyləyib.
Eynsli Erxardt həmçinin ABŞ-ı dünyanın “ən səxavətli ölkəsi” adlandırıb.
Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı Yaponiya Hitler Almaniyasının müttəfiqi olub, lakin bu ölkədə kommunistlər heç vaxt hakimiyyətə gəlməyiblər.
Ainsley Earhardt proudly remembers the time that the United States "defeated communist Japan," proving we are truly a Great country. pic.twitter.com/xFMHWtuQ8v
— Bobby Lewis (@revrrlewis) 16 августа 2018 г.