Fransa İraq kürdlərini yaxın saatlardan etibarən silahla təmin edəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland açıqlama verib.
Qeyd edək ki, İraqın şimalında kürd qüvvələri və “İslam Xilafəti” (İŞİD) silahlıları arasında davam edən döyüşlərlə əlaqədar ABŞ bu ölkəyə hərbi yardım göndərib, Britaniya hökuməti isə tezliklə hərbi yardımın göndəriləcəyini bildirib.