Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib.
Fransız mətbuatını "zibil KİV" adlandıran deputat ölkədə obyektiv jurnalistikanın çoxdan məhv olduğunu vurğulayıb. Onun sözlərinə görə, Fransanın media qurumları artıq "terrorçuların sözçüsü" rolunu oynayır.
"Fransa mediası süni intellektin köməyi ilə Mali ərazisində heç vaxt baş verməmiş uydurma hadisələr yaradır və bunları müxtəlif sosial şəbəkələrdə paylaşır", - deyə Uattara diqqətə çatdırıb.
O əlavə edib ki, bu cür informasiya hücumu Mali ordusunun mənəviyyatını sarsıtmaq, əhali arasında qorxu yaratmaq və keçid hökumətini ictimai dəstəkdən məhrum etmək məqsədi daşıyır.