Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada iki nəfəri güllələyib
Yeni Kaledoniyada (Fransanın Sakit okeandakı xarici ərazisi) polis əməliyyatı zamanı iki nəfər güllələnib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Agence France-Presse" xəbər verir.
Hadisənin təfərrüatı məlum olmasa da, əməliyyatın gecə saatlarında Sen-Lui kommunasında keçirildiyi bildirilir.
Ölənlərdən biri kanakların nümayəndəsi olub, ikincinin şəxsiyyəti isə hələ açıqlanmayıb. Birincinin ölümü barədə məlumat yayıldıqdan sonra yerli sakinlər etiraz etmək üçün küçələrə çıxıblar. Polis gözyaşardıcı qazdan istifadə edərək nümayişi yatırıb. Bununla əlaqədar olaraq hakimiyyət orqanları yaxın günlərdə komendant saatının müddətini uzatmağı planlaşdırır.
Son hadisələri nəzərə alsaq, 2024-cü ilin yazında Yeni Kaledoniyada etirazların başlamasından sonra ölənlərin sayı 13 nəfərə çatıb.
Fransanın Sakit okeandakı xarici ərazisi olan Yeni Kaledoniyada iğtişaşlar zamanı öldürülənlərin sayı 12 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "France 24" agentliyi məlumat yayıb.
Məlumata görə, nümayişçilərin daha biri polis əməkdaşları tərəfindən öldürülüb.
"Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyadakı əməliyyatı zamanı çərşənbə günündən cümə axşamına keçən gecə bir nəfər öldürülüb. Beləliklə, Fransanın Sakit okean ərazisindəki dörd aylıq iğtişaşlarda ölənlərin sayı 12-yə çatdı", - məlumatda bildirilir.
Agentlik qeyd edib ki, hadisə ərazinin inzibati mərkəzi olan Numea yaxınlığındakı Sen-Lui qəsəbəsində polis və nümayişçilərin toqquşması zamanı baş verib. Məlumata görə, polis daha on nümayişçinin axtarışını davam etdirir.
Xatırladaq ki, sakinlər Parisdə Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə yerli seçkilərdə iştirak üçün seçki hüquqlarının verilməsini nəzərdə tutan Konstitusiyaya olunan dəyişikliyə etiraz edirlər.
"Yeni Kaledoniya" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzində
- Prezident İlham Əliyevin Dmitri Kiselyova müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində
- Prezident İlham Əliyev: "Hazırda Makron rejimi Fransanı uğursuz dövlətə çevirir"
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Fransalı deputat: "Bizdə siyasi məhbuslar var"
Rəylər