Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qarabağdakı antiterror tədbirləri "Haber Global"ın obyektivində
Qarabağ zəfərinin davamı olaraq bir il əvvəl - 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin həm ərazi bütövlüyü, həm də suverenliyi tamamilə yenidən bərpa edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, Türkiyənin nüfuzlu "Haber Global" kanalı bununla bağlı süjet hazırlayıb.
Bildirilir ki, ötən ilin noyabr ayında Xankəndidə keçirilən zəfər paradı, Azərbaycanın gücünün və ordunun qüdrətinin daha bir parlaq göstəricisi kimi tarix səhifələrinə yazıldı.
Reportajda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına və qanunsuz erməni silahlı qruplarına qarşı həyata keçirilən antiterror əməliyyatını zəruri edən müxtəlif amillərdən söz açılıb.
Ətraflı süjetdə:

"Antiterror tədbirləri" teqi üzrə xəbərlər
- Türkiyə kəşfiyyatından yeni əməliyyat: PKK-nın rəhbər şəxsi məhv edildi
- Türkiyə ordusundan Suriyada yeni əməliyyat: 23 terrorçu öldürülüb
- İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı
- Ceyhun Bayramov: "Azərbaycan 2023-cü ildə antiterror tədbirləri ilə öz suverenliyini bərpa etdi"
- Prezidentdən Ermənistana və havadarlarına sülh çağırışı