Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Fransa Ukrayna və Avropanın təhlükəsizliyinə dair ikinci sammit keçirəcək
Fransa fevralın 19-da Ukrayna və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün növbəti görüş keçirməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Qeyd olunur ki, Paris bu görüşə ilk sammitdə iştirak etməyən Avropa ölkələri ilə yanaşı, Kanadanı da dəvət edib.
İki diplomatik mənbə agentliyə bildirib ki, dəvət olunan ölkələr Norveç, Kanada, Baltikyanı ölkələr, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçikadır.
Həmçinin bəzi ölkələrin videobağlantı vasitəsilə sammitə qoşulmasına icazə verilib.
Xatırladaq ki, fevralın 17-də keçirilən fövqəladə sammitdə Aİ-nin ən böyük dövlətlərinin və Böyük Britaniyanın - ümumilikdə səkkiz ölkənin liderləri, həmçinin NATO-nun baş katibi və Avropa İttifaqının rəhbərliyi iştirak edib. Bəzi ölkələr dəvət olunmadıqları üçün məyusluğunu bildiriblər.