Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Fransa və Britaniyadan Ukraynada bir aylıq atəşkəs təklifi: Makron detalları açıqladı
Fransa və İngiltərə Rusiya ilə Ukrayna arasında bir ay müddətinə qismən atəşkəs əldə edilməsinə dair təklif irəli sürüblər ki, bu, quru döyüşlərinə aid olmayacaq.
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Fransa Prezidenti Emmanuel Makron "Le Figaro" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, atəşkəs ancaq havada və dənizdə döyüş əməliyyatlarına, həmçinin enerji infrastrukturu obyektlərinə hücumlara şamil ediləcək. Makron cəbhə xəttinin uzunluğu səbəbilə quru qoşunlarına nəzarət etməyin çətin olduğun bildirib, bu xətti Paris və Budapeşt arasındakı məsafə ilə müqayisə edib.
Emmanuel Makron daha sonra Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilə biləcəyini qeyd edib.
"Yaxın həftələrdə Ukrayna torpaqlarında Avropa qoşunları olmayacaq", - deyə o əlavə edib.
Prezident həmçinin Vaşinqtonun dəyişən prioritetlərinə və Rusiyanın artan hərbi gücünə cavab olaraq Avropa ölkələrinə müdafiə xərclərini ÜDM-in 3-3.5 faizi qədər artırmağı təklif edib.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- COJEP sədri: "Le Penin həbsi Makron hakimiyyətinin ona qarşı "sui-qəsd"idir"
- Makron Trampın qərarını əsassız adlandırdı
- Fransa tarixinin ən uğursuz prezidenti – Saxta demokrat, gerçək diktator
- Makronun demokratiya və plüralizmə zərbəsi: Le Pen niyə bütün səviyyələrdə bloklanır?
- Fransa Ukraynaya 2 milyard avroluq hərbi yardım ayıracaq