Fransada yaşayan qadın 8 körpəni öldürdüyü üçün 9 il həbs cəzası alıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, qadın öz uşaqlarını dünyaya gələn kimi öldürürmüş.
Prokuror bu səs-küylü cinayətə görə Dominik Kortez üçün ömürlük həbs cəzası da istəyə bilərmiş, lakin qadının psixiki pozuntuları və əsəb xəstəliyinə görə cəmi 15 il tələb edib.
Andlı iclasçılar bu müddətin də çox olması qərarına gəliblər, çünki qadının ağlı başında olmayıb.
Dəhşətli cinayət barədə 5 il əvvəl məlum olub. Körpələrin qalıqlarını müttəhimin yaşadığı iki evin yaxınlığında tapıblar. Qadın özünü doğrultmağa çalışıb. Bildirib ki, öldürərkən uşaqların onun doğma atasından olduğunu düşünürmüş. Bundan başqa, qadının iki böyük qızı da sağdır və onlar bu cəzaya çox seviniblər.
“Müttəhim cəzadan razı olduğunu bildirib və sevinib. Onu ilk dəfə eşitdilər, hərəkətini başa düşdülər. 18 il həbs cəzasının mümkün olduğunu nəzərə alaraq, iki dəfə az müddət onun üçün yaxşıdır”, - deyə, qadının vəkili bildirib.
Qeyd edək ki, Dominik Kortez 8 övladını doğulduqdan dərhal sonra boğaraq, torpağa basıdırırmış.