Fransanın Overn regionunda yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 12 nəfər ölüb.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, avtobusda ölənlərin hamısı İsveçrədən qayıdan portuqaliyalılar olub.
Hadisənin avtobusun yük maşınının hərəkət zolağına keçməsi nəticəsində baş verdiyi bildirilir.