Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fransada Avropa İttifaqının sənayesinin tezliklə məhv olacağı proqnozlaşdırılır
"Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı bəyanatı Avropa İttifaqının (Aİ) sənayesinin tamamilə dağılması deməkdir".
Oxu.Az xəbər verir ki, bu barədə Fransa siyasətçisi və "Patriotlar" partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, fon der Lyayen artıq Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlayır ki, bu da, xüsusən, "Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərinə məhdudiyyətləri əhatə edəcək.
"Bu, Avropa ölkələrinin sənayesi üçün ölüm hökmüdür… Aİ-ni təcili tərk etməliyik, bu dəlixanadır!" - deyə siyasətçi yekunlaşdırıb.
Siyasətçi onu da qeyd edib ki, AK rəhbəri Rusiya ilə müharibəyə başlamağa və nəhayət, onunla istənilən münasibətləri kəsməyə çalışır.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Aİ-də Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi üçün imza toplanmasına başlanılıb
- Paşinyan: "Ermənistan Rusiya ilə münasibətləri kəsmək niyyətində deyil"
- "Spiegel": "Aİ-dəki fikir ayrılıqları Rusiyaya qarşı sanksiyalara əngəllər yaradır"
- Sanksiyalar, yoxsa rahatlıq? - Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
- Ukrayna XİN: "Zelenski NATO, Aİ və G7 sammitlərinə dəvət alıb"