Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransada keçmiş prezidentin ofisinin girişini kərpiclə hörərək bağladılar
Fransada fermerlər betonqarışdıran maşınla ölkənin eks-prezidenti Fransua Ollandın ofisinin qarşısına gəlib, qapısını kərpiclə hörərək bağlayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə BFMTV nəşri məlumat verib.
Məlumata görə, fermerlər Milli Assambleyanın üzvü olan Fransua Ollandın hazırkı Mişel Barnye hökumətinə etimadsızlıq səsverməsini dəstəkləməsindən narazıdırlar. Belə ki, Barnyenin komandası 2025-ci il üçün kənd təsərrüfatına dəstək tədbirləri planlaşdırmışdı.
Fermerlərin Həmkarlar İttifaqı bildirib ki, əvvəlki etirazlardan sonra fermerlərə verilən bütün vədlər hökumətlə birlikdə iflasa uğrayıb.
Xatırladaq ki, daha əvvəl Fransa Prezidenti Emmanuel Makron parlamentin etimadsızlıq votumundan sonra Baş nazir Mişel Barnyenin kabinetinin istefasını qəbul edib.
Rəylər