Parisin şərqində Səid və Şərif Kuaşi qardaşlarının buraxılması tələbi ilə mağazada bir neçə nəfəri girov götürən Ahmedi Kulibali məhv edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı azı 4 nəfər girov ölüb
Polisin qənaətinə görə, Ahmedi Kulibali, Səid və Şərif Kuaşi qardaşlarının yaxın dostu olub.
19:37
Parisdə mağazada girov götürmüş cinayətkar Charlie Hebdo jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşlarını azad etməyi tələb edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə RTL telekanalı xəbər yayıb.
18:27
Fransa polisi yanvarın 8-də Paris yaxınlığında Monruj şəhərində polis əməkdaşının qətlində şübhəli bilinən şəxslər haqqında məlumat yayıb.
Məlumata əsasən, barəsində axtarış elan olunanlar 1988-ci il təvəllüdlü qız Hayat Bumeddyen (Hayat Boumeddiene) və 32 yaşlı qara dərili kişi Amedi Kulibalidir (Amedy Coulibaly).
“Şübhəlilər silahlı ola bilərlər və təhlükəlidirlər”, deyə məlumatda qeyd olunub.
