Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fransaya dəhşət yaşadan terrorçu qardaşlar məhv edildi – YENİLƏNİB + FOTO
Parisdə terror törədən Səid və Şərif Kuyaşi qardaşları məhv ediliblər.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, terrorçular SDT nəşriyyatında mühasirəni yarmaq üçün cəhd edərkən atəş açsalar da, məhv ediliblər. Terrorçuların girov götürdüyü şəxslərdən heç kim xəsarət almayıb.
Yanvarın 7-də Parisin mərkəzindəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edən qardaşlar 12 nəfəri öldürmüş, 10 nəfəri yaralamışdılar.
16:40
Parisdən 50 kilometr aralıda yerləşən tipoqrafiyanın binasında bir nəfəri girov götürmüş “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına hücum etməkdə şübhəli bilinən şəxslər bildiriblər ki, onlar şəhid kimi ölmək istəyirlər.
Oxu.Az-ın məlumatına görə, hazırda Paris yaxınlığında şübhəli şəxslərin tutulması ilə bağlı əməliyyat aparılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin olduğu binanı əhatəyə alıblar. Bundan başqa, əməliyyatın keçirilməsi ilə bağlı ətrafdakı sakinlərdən xahiş olunub ki, evlərini tərk etməsinlər.
“Bütün sakinlərdən evlərini tərk etməmək xahiş olunub. Uşaqlar məktəblərdə təhlükəsizlikdədirlər”, məlumatda deyilir.
15:48
Fransa Prezidenti Fransua Olland polisə “Charlie Hebdo” nəşrinin redaksiyasına edilmiş hücuma oxşar faciələrə yol verilməməsi ilə bağlı tədbirlər görməyi tapşırıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı DİN-də keçirdiyi təcili müşavirədə bəyan edib.
“Preventiv tədbirlər görmək lazımdır”, deyə Olland deyib. O, xatırladıb ki, son həftələr ərzində təhlükəsizlik orqanları Fransada bir sıra terror aktlarının qarşısını ala bilib. “Bu cür aktların baş verməməsi üçün biz bütün gücümüzü birləşdirməliyik”, prezident qeyd edib.
O, həmçinin Parisdə yanvarın 11-nə təyin olunmuş öldürülmüş jurnalistlərin xatirəsinə həsr olunacaq respublika yürüşünün təhlükəsizliyinin təmin olunmasına göstəriş verib.
Ollandın sözlərinə görə, yürüşdə bütün arzu edənlər iştirak edə bilər. “Məhz respublikanın vətəndaşları iştirak edib etməməklə bağlı qərar verə bilərlər”, o deyib.
14:44
Fransa Prezidenti Fransua Olland Parisdəki vəziyyətlə bağlı təcili müşavirə keçirir. Bu barədə Le Monde məlumat verir.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, müşavirədə Baş nazir Manuel Vals, DİN başçısı Bernar Kaznev və güc strukturlarının rəhbərləri iştirak edir.
13:39
Fransanın paytaxtı Parisdə atışma zamanı 2 nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sky News xəbər yayıb.
Bildirilir ki, ən azı 20 nəfər yaralanıb.
Polisin Fransanın Sena və Marna departamentində girov götürmüş iki kişi ilə danışıqlara başladığı bildirilir.
12:52
Charlie Hebdo jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinən şəxslər bu gün Parisin 50 kilometrliyində yerləşən Dammarten-an-Qoel adlanan yerdə girov götürüblər.
Oxu.Az xəbər verir ki, bu barədə France Presse agentliyi məlumat yayıb.
Məlumata görə, fransız polisi terror aktını törətməkdə şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşlarını Parisin 50 kilometrliyin də təqib edir.
Daxil olan məlumata görə, onlar Dammarten-an-Qoel adlı yerdə avtomobil qaçırıblar. Hazırda 2 saylı avtomobil yolunda təqib gedir, atışma səsləri gəlir.