Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Paris teraktında şübhəli bilinənlərin şəkilləri yayıldı - FOTO
Fransa polisi “Charlie Hebdo” qəzetinin redaksiyasına hücumda şübhəli bilinən şəxslərin şəkillərini yayıb. Bu barədə Agence France-Presse məlumat yayıb.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, hazırda Şeirf və Səid Kuaşi qardaşları axtarışdadır.
Öncə məlum olub ki, şübhəli bilinən üçüncü şəxs 18 yaşlı Xamid Murad könüllü olaraq polisə təslim olub.
Qeyd olunur ki, Murad sosial şəbəkələrdə adını görəndən sonra polisə təslim olmağa qərar verib.
O, alibinin olduğunu bildirib. 18 yaşlı Muradın sözlərinə görə, hücum zamanı o məktəbdə olub. Onun alibləri təsdiqini tapıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar