Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Obama: Fransadakı hücum terrorçuların söz azadlığından qorxduğunu göstərir
ABŞ prezidenti Barak Obama “Charlie Hebdo” jurnalında edilən hücumla bağlı sərt bəyanat verib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Obama 12 nəfərin ölümünə səbəb olan terrorçulara qarşı mübarizədə Fransa ilə birgə olacağını bəyan edib: “Parisdə "Charlie Hebdo” dərgisinin ofisində 12 adamın ölümü ilə nəticələnmiş dəhşətli atışmanı qınayıram. Bu hücum göstərir ki, terrorçular söz azadlığından qorxurlar. Bu ağır gündə fikirlərimiz və dualarımız terror hücumunun qurbanları və Fransa xalqı ilədir”.
Amerikanın ən yaxın müttəfiqlərindən biri olan Fransa bizim və dünyanın təhlükəsizliyinə hədə təşkil edən terrorçulara qarşı mübarizədə Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanıb. Fransa xalqı dəfələrlə xalqlarımızın nəsillər boyu qoruduğu universal dəyərlərin müdafiəsinə qalxıb”.
ABŞ prezidenti Birləşmiş Ştatlar rəsmilərinin Fransa rəsmiləri ilə əlaqə saxladığını və öz administrasiyasına terrorçuların ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər hansı bir yardımın edilməsinə dair göstəriş verdiyini bəyan edib.
"Fransa" teqi üzrə xəbərlər
- Le Penə qarşı yeni təhqiqat başlanıb
- Əziz Ələkbərli: "Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar"
- Makronun demokratiya və plüralizmə zərbəsi: Le Pen niyə bütün səviyyələrdə bloklanır?
- Le Pen dörd il azadlıqdan MƏHRUM EDİLDİ
- Depardye cinsi qısnama ittihamı ilə 18 ay müddətinə həbs edilə bilər