Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Xodorkovski Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb
"ЮКОС" neft şirkətinin eks sahibi, məşhur rusiyalı ictimai xadim və publisist Mixail Xodorkovski müsəlmanları qıcılandıracaq təklif irəli sürüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Twitter səhifəsində bütün Kütləvi İnformasiya Vasitələrini Məhəmməd peyğəmbərə qarşı karikaturalar yaymağa çağırıb.
Xodorkovski bu gün Parisdə baş verən terror aktına münasibətini belə bildirib:
"Əgər jurnalistlərin birliyi varsa, səhər çıxacaq bütün nəşrlərdə Məhəmməd peyğəmbərə qarşı karikatura olmalıdır".
Qeyd edək ki, bu gün Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən "Şarli Ebdo" jurnalının redaksiyasına hücum olub. Nəticədə baş redaktor daxil olmaqla 13 jurnalist dünyasını dəyişib.
"Məhəmməd peyğəmbər (s.ə.s.)" teqi üzrə xəbərlər
- Folklorşünas: "Çərşənbələri ya özümüz sonradan Novruza əlavə etmişik, ya da haradansa keçib"
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Rəngli fənərlər, ilahi oxuyan nağaraçılar - Ramazan müxtəlif mədəniyyətlərdə necə qeyd olunur?
- Məhəmməd Peyğəmbərin nəslindən olan şahzadənin misilsiz zümrüdü rekord qiymətə satıldı
- Pakistanda Məhəmməd peyğəmbəri təhqir edən çinliyə görə iki ölkə arasındakı yol bağlandı