Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Fransada matəm elan edilib
Fransanın paytaxtı Parisdə baş vermiş terror aktı ilə əlaqədar ölkədə üçgünlük matəm elan edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.
“Yanvarın 8-də, günorta terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Mən bütün vətəndaşlarımızı anımda iştirak etməyə çağırıram. Matəmlə əlaqədar ölkədə 3 gün bayraqlar yarıya endiriləcək”, deyə F.Olland bildirib.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar