Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Fransız jurnalistlərin ölümündə “Əl-Qaidə”ni günahlandırdılar
“Şarli Ebdo” jurnalının ofisinə edilən hücumla bağlı yeni təfərrüatlar məlum olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, The Telegraph-ın yazdığına görə, terror aktını “Əl-Qaidə” qruplaşması törədib.
Bu barədə hadisənin şahidləri bildirib. Onlardan biri Sedrik Le Beşe verdiyi açıqlamada yeni faktların üstünü açıb. Onun sözlərinə görə, terrorçular yoldan ötənlərə nümayişkaranə şəkildə özlərinin “Əl-Qaidə” terror təşkilatının Yəmən qolundan olduqlarını bəyan ediblər.
Qeyd edək ki, bu gün Parisdə Məhəmməd peyğəmbərin karikaturasını dərc edən jurnalın redaksiyasına hücum olub. Nəticədə baş redaktor daxil olmaqla 13 nəfər dünyasını dəyişib.